• Bakı 25° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9847

    RUB - 2.1795

Övladlığa verilmiş uşaqlarla bağlı 342 monitorinq keçirilib

CƏMİYYƏT

20 Iyul 2024 | 11:19

Övladlığa verilmiş uşaqlarla bağlı 342 monitorinq keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığa verilmiş uşaqların ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə 2024-cü il ərzində 342 monitorinq keçirilib.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, övladlığagötürmə ilə bağlı məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra Agentlik tərəfindən uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə monitorinqlər aparılır.

Monitorinq zamanı ailənin yaşayış şəraiti, övladlığa götürülən uşağın və onu övladlığa götürmüş şəxslərin sağlamlıq vəziyyəti, həmçinin ailədə uşağa qulluq və qayğı vəziyyəti barədə məlumatları əks etdirən hesabat hazırlanır.


SON XƏBƏRLƏR

14 Iyul 2025