• Bakı 14° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Özbəkistan Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edildi

DÜNYA

11 Dekabr 2024 | 14:25

Özbəkistan Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edildi

Özbəkistan Senatı Prezident Şavkat Mirziyoyevin təqdimatı əsasında Mamarizo Nurmuratovu Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edib.

Bu barədə Bakıvaxtı.az Özbəkistan KİV-lərinə istinadla xəbər verir.

M.Nurmuratov Mərkəzi Banka 2017-2024-cü illərdə rəhbərlik edib. 2000-2004-cü illərdə Özbəkistanın maliyyə naziri olub, 2004-2006-cı illərdə isə Səmərqənd vilayətinə rəhbərlik edib.

Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov bildirib ki, Şavkat Mirziyoyev prezidentin iqtisadi sahələrin inkişafı, investisiya və xarici ticarət siyasətinin həyata keçirilməsi üzrə müşavirinin birinci müavini Timur İşmetovun Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsinə namizədliyini Senata təqdim edib.


SON XƏBƏRLƏR

21 Oktyabr 2025