• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Pandemiya sonrası infarktlarda artım: Səbəb peyvənddirmi?

CƏMİYYƏT

20 Aprel 2023 | 14:51 | Müəllif: Qalib İbrahimoğlu

Pandemiya sonrası infarktlarda artım: Səbəb peyvənddirmi?

Təxminən 3 illik pandemiyadan sonra koronavirus əleyhinə vaksinlərlə bağlı müzakirələr davam edir. Pandemiyadan sonra infarktdan ölümlərin əhəmiyyətli dərəcədə artması, ümumiyyətlə, əhali arasında peyvəndlərlə əlaqələndirilir.

Bəs bu iddialar nə dərəcədə doğrudur? COVİD-19 peyvəndləri infarkt yaradırmı?

Kardioloq Samir Əsgərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, son zamanlar ürək xəstəlikləri artıb, Onun sözlərinə görə, nəinki miokard infarkt, həm də stenokardia artıb:

“Bəli, insanlar söyləyir ki, bunlar hamısı peyvənddən sonra olub. Burda bir reallıq var ki, koronavirusdan sonra ürək xəstəlikləri də artıb. Bunun səbəbi isə koronavirus infeksiyasının ürəyin divarlarındakı əzələləri zəiflətməsi olub. Bu, ürək çatışmazlığına daha çox yol açıb”.

Miokard infarktına gəldikdə isə, kardioloq deyir ki, qanda laxtalanma və tromlaşmalar yarandığı üçün ürək damarlarında tutulmalar baş verir. Ona görə də, miokard infarktına daha çox rast gəlinməyə başlanılıb. S.Əsgərov qeyd edib ki, heç bir elmi araşdırmada vaksinin infarkta yol açması ilə bağlı dəlil yoxdur:

“Bu, ola da bilməz. Çünki vaksinin təsir gücü tamam başqa cürdür. Vaksin yalnız immunitetin yüksəlməsinə təsir edir. İndiyə qədər vurulan peyvənlərin heç biri ürək və ya hər hansı orqanı zədələyə bilməz”.

Müsahibimiz bildirib ki, insanların az hərəkət etməsi, hipodinamia, ürək şikayəti zamanı dərmanlarını vaxtında içməmələri, keyfiyyətsiz qidalardan, trans yağlardan paket qidalardan çox istifadə etmək ürək xəstəliklərinə gətirib çıxarır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026