• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Parataekvondoçumuz fəxri kürsüdə

İDMAN

11 May 2026 | 21:03 | Müəllif: Əli Hüseynov

Parataekvondoçumuz fəxri kürsüdə

Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatına start verilib.

Bakıvaxtı.az xəbər verir ki, qitə çempionatının ilk günündə K44 kateqoriyasında 58 kq çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov 1/4 finalda Polşadan olan Kasjan Mikolajczak üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.

Yarımfinal mərhələsində Türkiyə təmsilçisi Ali Can Özcan zədə səbəbindən döyüşə çıxmadığı üçün Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb.

Finalda isə Paralimpiya çempionu israilli Asaf Yasur ilə qarşılaşan Sabir Zeynalov son raundda məğlub olub və bununla da karyerasında ilk dəfə parataekvondo üzrə Avropa çempionatının gümüş medalını qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026