Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, iclasa bir sıra qanun layihələri müzakirə olunub.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında” qanun layihələri Milli Məclisə daxil olub.
Müzakirələrdən sonra layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilib.