• Bakı 10° C

    7.09 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Partlayışda xəsarət alan bacı-qardaş VƏFAT ETDİ

HADİSƏ

24 Avqust 2023 | 10:16 | Müəllif: Subhan Mahmudov

Partlayışda xəsarət alan bacı-qardaş VƏFAT ETDİ

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan bacı-qardaş vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Fərəh Əbdül qızı Quliyeva və 1997-ci təvəllüdlü Toğrul Əbdül oğlu Quliyev xəstəxanada dünyasını dəyişib.

Yaxınlarının məlumatına görə, hadisə zamanı onların nənə və ataları həyətdə, anaları evin ikinci mərtəbəsində, bacı-qardaş isə evin birinci mərtəbəsində olublar. Partlayış evin birinci mərtəbəsində qeydə alınıb. Bu səbəbdən yalnız iki nəfər – bacı-qardaş ağır yanıq xəsarətləri alıblar. Ailənin digər üzvləri isə xəsarət almayıblar./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026