• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Ermənistanda GƏRGİNLİK: Paşinyana sui-qəsd ola bilər

GÜNDƏM

22 Sentyabr 2023 | 16:38

Ermənistanda GƏRGİNLİK: Paşinyana sui-qəsd ola bilər

Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyan əleyhinə etiraz aksiyaları davam etməkdədir. Qarabağda həyata keçirilmiş anti-terror tədbirlərinə görə İrəvan hökumətinin başçısını ittiham edən müxaliflər Paşinyanın istefasını tələb ediblər. Aksiyaçılar “Nikol - satqın” şüarları səsləndirirlər.

Müxalif “Anamız Ermənistan” partiyasının sədri Andronik Tevonyan deyib ki, aksiya çox kütləvi olmalıdır ki, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyəti istefaya göndərilsin və yeni hökumət formalaşsın. Partiya sədri qeyd edib ki, müxalifətin ən başlıca məqsədi Paşinyanı istefaya göndərməkdən ibarət olmalıdır. Nikol Paşinyan isə istefa verməyəcəyini bəyan edib.

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Qarabağda keçirilən anti-terror tədbirləri ilə bağlı Ermənistan baş naziri Nikol Paşinyanın edə biləcəyi heç nə yox idi.

Ekspertin sözlərinə görə, əgər Nikol Paşinyan prosesə qarışsaydı və Azərbaycana müharibə elan etsəydi, bunun nə ilə nəticələnəcəyi bəlli idi: "Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ məsələsində dişsiz olduğunu bütün dünyaya göstərdi. 24 saat ərzində baş verənlər Ermənistana və dünya ermənilərə dərs olmalıdır. Çünki dəfələrlə məğlub olmalarına baxmayaraq, öz iddialarından əl çəkmirdilər. Təslim olmayacaqlarını, reinteqrasiyaya getməyəcəklərini bildirirdilər. Ancaq real fakt və nəticələr ortadadır. Ermənistan baş nazirinin də deməyə sözü yoxdur”.

Zaud Məmmədov: Nikol Paşinyan Qarabağ məsələsində dişsiz olduğunu bütün dünyaya göstərdi

Müsahibimiz deyib ki, Paşinyan hazırda ciddi stress və qorxu içindədir. Onu indiki məqamda düşündürən əsas məsələ öz kreslosunu qorumaqdır: “Ancaq məsələ ondadır ki, baş nazirin çox kobud manevrləri onun üzərindən "qara buludlar”ın çəkilməsinə imkan vermir”.

Politoloq hesab edir ki, artıq Paşinyana qarşı hərəkətə başlanılıb. Onun fikrincə, dövlət çevrilişi, sui-qəsd və digər amillər də istisna edilmir: “Hazırda onun yaxın çevrəsi Ermənistanın gələcəkdə Rusiya və regionla bağlı hansı addımları ata biləcəyini götür-qoy edirlər".

Aydın Baxış


SON XƏBƏRLƏR