• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Pentaqon rəhbəri: “Ukrayna da, biz də təslim olmayacağıq”

DÜNYA

15 Fevral 2024 | 01:00 | Müəllif: Subhan Mahmudov

Pentaqon rəhbəri: “Ukrayna da, biz də təslim olmayacağıq”

Amerika Birləşmiş Ştatları digər müttəfiqlərlə birlikdə Ukraynanı dəstəkləyir və ukraynalılar döyüşdükcə, onlarla birlikdə müqavimət göstərəcək.

Bakıvaxtı.az xəbər verir ki bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.

ABŞ müdafiə nazirinin sözlərinə görə, Kreml hələ də müttəfiq ölkələrin Ukraynaya marağını itirəcəyinə və tərəfdaşların dəstəyinin zəifləyəcəyinə ümid edir.

“Ancaq indi mən həmişəkindən daha əminəm - ABŞ Ukraynanın yanındadır və bu mübarizədə Ukraynanı dəstəkləyəcək”, - o deyib.

Ostin vurğulayıb ki, koalisiya üzvləri, o cümlədən ABŞ Ukraynanı ona görə dəstəkləyir ki, Kiyev haqlıdır və bu, Birləşmiş Ştatların özünün əsas təhlükəsizlik maraqlarına uyğundur.

“Ukrayna da, biz də təslim olmayacağıq”, - Pentaqon rəhbəri qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR