• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Piylənmə bu xəstəliklərə yol açır: Həkimdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

06 Mart 2024 | 13:18 | Müəllif: Qalib İbrahimoğlu

Piylənmə bu xəstəliklərə yol açır: Həkimdən XƏBƏRDARLIQ

Mütəxəssislər piylənmənin sağlamlığımızı təhdid olduğunu desələr də, son illərdə dünya üzrə piylənmə halları getdikcə artır.

Bakıvaxtı.az tibb saytlarına istinadla xəbər verir ki, piylənmə ürək xəstəlikləri, hipertoniya, metabolik pozğunluqlar, insult, yuxu apnisi və şəkərli diabet kimi insan sağlamlığını təhdid edən bir çox xəstəlikləri çağırır.

Mütəxəssislərə görə, piylənmənin işlənmiş qidalar yemək və daha çox oturaq həyat sürmək kimi bir çox səbəbləri var: "Bədən çəkisi boy uzunluğunun kvadratına bölünməsi ilə hesablanır. 18,5 ilə 24 arasında olanlar normal, 25 ilə 30 arasında olanlar artıq çəkili, 30-dan yuxarı olanlar isə piylənmədən əziyyət çəkənlər hesab olunur”.

Daxili Xəstəliklər Uzmanı Dr.Həbib Sahratov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, piylənmənin yaranma səbəbi dünyanın hər yerində eynidir. Onun sözlərinə görə, Azərbaycanda da son illər piylənmə ilə bağlı artım görünür:

“Azərbaycanda əhalinin 50%-indən çoxunda piylənmə müşahidə olunur. Səbəblər eynidir. Yəni sağlam olmayan qidalanma, oturaq həyat tərzi vacib faktorlardandır. Genetik meyillilik də vacib faktorlardandır. Düşünürəm ki, piylənmənin artmasında əsas faktorlardan biri də marketdən alınan hazır və rəfinə olunmuş qidalardan istifadədir".

Müsahibimiz qeyd edib ki, uşaq yaşlarından belə qeyri-sağlam qidalara üstünlük verilməsi narahatedici haldır. H.Sahratovbildirib ki, bu da uşaq yaşlarından piylənmənin artmasına səbəb olur:

“Yaşlandıqca metobalizm zəiflədiyi üçün piylənməyə meyillilik bir az da çoxalmış olur. Piylənmə faizi yüksək olan insanlarda şəkərli diabet, hipertoniya və ürək-damar xəstəlikləri üçün zəmin yaranmış olur. Bu da ən böyük problemlərdən biridir".

Həbib Sahratov: Piylənmənin artmasında əsas faktorlardan biri də marketdən alınan hazır qidalardan istifadədir

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə indi Azərbaycanda yürüşlər də mütəmadi hal almağa başlayıb:

"Lakin maarifləndirmə az olduğu üçün ölkəmizdə də piylənmə artıb".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026