• Bakı 23° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

Premyeradan əvvəl 17,5 milyon dollar qazandı

ŞOU

21 Iyun 2026 | 18:18

Premyeradan əvvəl 17,5 milyon dollar qazandı

“Toy Story 5” (“Oyuncaqların hekayəsi 5”) cizgi filmi rəsmi premyeradan əvvəlki nümayişlərdə 17,5 milyon dollar gəlir əldə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.

Bu nəticə 2026-cı ilin rekord göstəricisi kimi qeydə alınıb. Bundan əvvəlki ən yaxşı nəticə “Michael” filmində olmuşdu – o, ön nümayişlərdə 12,6 milyon dollar qazanmışdı.

“Toy Story 5” həmçinin rəsmi premyeradan əvvəl ən çox gəlir əldə edən ikinci animasiya filmi olub. Rekord isə 2018-ci ildə 18,5 milyon dollarla “Incredibles 2”yə məxsusdur.

Analitiklərin proqnozuna görə, film həftəsonu ərzində 145–150 milyon dollar gəlir əldə edə bilər. Bəzi ekspertlər isə açılış gəlirinin 160–175 milyon dollar olacağını bildirir.

Filmin premyerası 19 iyunda baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026