• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Prezidentdən bu Universitetlə bağlı SƏRƏNCAM

SİYASƏT

21 Oktyabr 2022 | 14:16

Prezidentdən bu Universitetlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev İtaliya–Azərbaycan Universiteti layihəsinin həyata keçirilməsi haqqında Sərəncam imzalayıb.

Bakıvaxtı.az  xəbər verir ki, Sərəncama əsaəsn, İtaliya–Azərbaycan Universiteti layihəsini həyata keçirən ADA Universitetinə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilsin.

Müəyyən edilsin ki, ADA Universiteti İtaliya–Azərbaycan Universiteti çərçivəsində tətbiq etdiyi təhsil proqramlarını İtaliya Respublikasının ali təhsil müəssisələrinin akademik standartlarına uyğun qurmaq və idarə etmək hüququna malikdir.

Nazirlər Kabineti İtaliya–Azərbaycan Universiteti layihəsinə cəlb olunması ilə əlaqədar ADA Universitetinin maddi-texniki bazasının möhkəmləndirilməsi və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etməli, İtaliya–Azərbaycan Universiteti layihəsi çərçivəsində kadr hazırlığı aparılan ixtisasları və təhsil alan tələbələrin sayını hər il müəyyən etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026