• Bakı 19° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Prezidentdən Ermənistan rəhbərliyinə XƏBƏRDARLIQ

SİYASƏT

18 Mart 2023 | 13:56

Prezidentdən Ermənistan rəhbərliyinə XƏBƏRDARLIQ

"Ermənistan rəhbərliyini çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib.

"Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki dərs olmayıb. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz”, - deyə dövlət başçısı bildirib.


SON XƏBƏRLƏR

24 Aprel 2024