• Bakı 23° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Putin Baydeni müzakirəyə çağırdı

DÜNYA

18 Mart 2021 | 22:50

Putin Baydeni müzakirəyə çağırdı

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Co Baydeni canlı yayımda müzakirə aparmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Vladimir Putin “Rusiya 24” kanalının efirində deyib.

“Mən indi bu haqda fikirləşirdim. Ötən dəfə telefon danışğı Prezident Baydenin təşəbbüsü ilə aparılmışdı. Mən Prezident Baydenə müzakirəmizi davam etdirməyi təklif edirəm, bu, açıq canlı yayımda olmalıdır. Mənə elə gəlir ki, bu, Rusiya və ABŞ xalqları, o cümlədən bir çox ölkələr üçün maraqlı olar”, - Putin bildirib.

Rusiya prezidenti Baydenlə bazar ertəsi və ya cümə günü danışmağa hazır olduğunu deyib.

Ağ Ev Rusiya Prezidenti Vladimir Putininin çağırışına cavab verib. Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, sabah Bayden həddən artıq məşğuldur


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026