• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Putin “Taxıl sazişi”nə qayıtmaq üçün şərtini AÇIQLADI

DÜNYA

22 Avqust 2023 | 23:57

Putin “Taxıl sazişi”nə qayıtmaq üçün şərtini AÇIQLADI

"Yalnız Rusiya Federasiyası qarşısında bütün öhdəliklər faktiki olaraq yerinə yetirildiyi təqdirdə “Taxıl sazişi”nə qayıtmağa hazırıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Dövlət başçısı qeyd edib ki, Rusiya iyulun 18-dən bu sazişin müddətini daha da uzatmaqdan imtina edib: "Biz ona qayıtmağa hazırıq. Ancaq Rusiya tərəfi qarşısında bütün öhdəliklər həqiqətən yerinə yetirildiyi təqdirdə geri dönəcəyik".

Rusiya Prezidenti ölkənin dünya bazarlarına taxıl və gübrə ixracının sanksiyalarından çıxması ilə bağlı sazişin şərtlərinin heç birinin yerinə yetirilmədiyini vuğrulayıb. Bununla bağlı Rusiya qarşısında öhdəliklər sadəcə olaraq nəzərə alınmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR