• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Qadın mollalar mərasimlərdə ağıllı bir söz deməzlər" - Deputat

CƏMİYYƏT

01 Fevral 2022 | 14:22 | Müəllif: Qalib İbrahimoğlu

"Qadın mollalar mərasimlərdə ağıllı bir söz deməzlər" - Deputat

“Azərbaycanda yas mərasimlərindəki qadın mollaların əksəriyyəti cahil vəziyyətdədir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında deputat Məlahət İbrahimqızı bildirib.

Deputat deyib ki, dünən o, Mənəvi Dəyərlərin Təbliği Fondunda olarkən Hacı Salman da bu məsələyə toxunub: “Həmin qadın mollalar şeirdən, muğamdan mərsiyəyə tutmuş hər şey deyirlər, “Quran”dan, hədisdən isə ağıllı bir söz deməzlər. Hacı Salman dedi ki, buna nə Qafqaz Müsəlmanları İdarəsi, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi heç nə edə bilmir, bu məsələ qanunla tənzimlənməlidir. Ona görə də həmkarlarımı bu məsələnin qanunla tənzimlənməsinə dəstək verməyə çağırıram”./apa/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026