• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Qarabağ” Çempionlar Liqası oyunlarını burada keçirəcək

İDMAN

15 May 2023 | 11:57

“Qarabağ” Çempionlar Liqası oyunlarını burada keçirəcək

Azərbaycan çempionu “Qarabağ”ın yeni sezon üçün avrokubokların ilk iki təsnifat mərhələsini hansı stadionda keçirəcəyi bəlli olub.

Bakıvaxtı.az sportal.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi çempionat görüşlərini keçirdiyi “Azərsun Arena”da rəqiblərini qəbul edəcək.

Buna səbəb isə "Sabah" və "Beşiktaş" klubları arasında keçirilən xeyriyyə matçından (3:3) sonra Tofiq Bəhramov adına Respublika stadionunun qazonunda planlı təmir işləri aparılmasıdır.

"Qarabağ" ilk dəfə 5000 tamaşaçı tutumuna malik “Azərsun Arena”da avrokubok oyunu keçirmiş olacaq. İyulun sonuna kimi isə Tofiq Bəhramov adına Respublika stadionunun oyunlara hazır olacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR