• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

“Qarabağ” və “Neftçi” azarkeşlərinə görə cərimələniblər

İDMAN

20 Dekabr 2023 | 16:17

“Qarabağ” və “Neftçi” azarkeşlərinə görə cərimələniblər

“Qarabağ” və “Neftçi” klubları azarkeşlərinə görə cərimələniblər.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XVII turunda bu komandalar arasında keçirilən görüşdə hər iki tərəfin fanatları tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib.

Bu hal həm “Qarabağ”da, həm də “Neftçi”də mövsüm ərzində 3-cü dəfə yaşandığından, AFFA İntizam Komitəsi klubların hərəsini 1000 manat cərimələyib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda “Qarabağ” “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026