• Bakı 22° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

“Qarabağ” yeni rekorda imza atıb

İDMAN

19 Dekabr 2023 | 10:21

“Qarabağ” yeni rekorda imza atıb

“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Premyer Liqanın XVII turunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.

Matçdakı sonuncu qolun müəllifi olan Hamidu Keyta “Qarabağ”ın Azərbaycan derbisindəki 120-ci qoluna imza atıb. Ağdam təmsilçisi bu göstəriciyə 93-cü matçda çatıb.

Bu görüşədək rekord “Neftçi”yə məxsus idi. Bakılılar “Şamaxı” ilə qarşılaşmalarda 119 qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026