• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Qarabağa getmək özəl bir qabiliyyət tələb edir?" - Şairədən nazirə İRAD

MƏDƏNİYYƏT

25 May 2022 | 16:19 | Müəllif: Qalib İbrahimoğlu

"Qarabağa getmək özəl bir qabiliyyət tələb edir?" - Şairədən nazirə İRAD

Şairə Nazilə Səfərli mədəniyyət naziri Anar Kərimova müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, "İnstagram"da paylaşım edən şairə Qarabağa təşkil olunan səfərlərin heç birinə dəvət almamasından incikliyini ifadə edib.

“Anar Kərimov, bilavasitə sizə müraciət etmək istəyirəm. Ərkimi bağışlayın, sizə ərk etmək istəyirəm.  Çünki siz mədəniyyətin keşiyində dayanan hazırkı nazirimizsiniz. Bu günə qədər bir çox ölkələrdə, gözəl vəzifələrdə çalışmısınız və hər yerdə işinizi haqqı ilə yerinə yetirmisiniz. Dövlətimizi sevən insan kimi mənim də haqqımdır ki, sizə bu sualı verəm. Qarabağ alındığı gündən bu günə tez-tez gözəl festivallar, tədbirlər keçirilir, təqdirəlaiqdir. Bir insanı iki dəfə o dağları gəzdirirsinizsə, heç olmasa digərlərini də layiq görün. Axı bu torpaq hamımızındır!”

"Qarabağa getmək özəl bir qabiliyyət tələb edir?" soruşan şairə "Biz pisiksə, niyə əksəriyyətinizin  balalarının toylarına dəvət edirsiniz, yaxşıyıqsa nə üçün  o tədbirlərdən kənarda qalırıq”, - deyə əlavə edib.

Keçmiş mədəniyyət nazirinə də müraciət etdiyini xatırladan N.Səfərli qeyd edib ki, heş vaxt mədəniyyətimizə xələl gətirəcək hərəkət etməyib: "Mədəniyyət Nazirliyinin öhdəsində deyilmi, kimsəsiz, amma çox istedadlı insanları üzə çıxarmaq? Azərbaycanda  o qədər istedadlı insanlar var, onları saya salan yoxdur. Efirlərə ilk gələn  insanların hamısı ödənişlə gəlir. Dağlarda elə çobanlar var, konservatoriya bitirmiş xanəndələrdən təmiz oxuyur, amma yiyəsi yoxdur deyə üzə çıxa bilmir. Bəs bu işə məsul insanlar bunu niyə düşünmür?".

"Xahiş edirəm, arada fikirləşin, bir xalq artisti neçənci dəfə eyni yolu gedir, səfər edir, bizim onlardan başqa mədəniyyət xadimimiz yoxdurmu?”, - deyə Nazilə Cəfərli nazir Anar Kərimova müraciətində qeyd edir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR