• Bakı 17° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

"Qarabağ"ın baş məşqçisi cəzalandırıldı

İDMAN

18 Mart 2024 | 19:31

Qarabağın baş məşqçisi cəzalandırıldı

"Qarabağ" və "Neftçi" klublarının əvəzedicilərdən ibarət komandaları cəzalandırılıb.

Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin qərar qəbul edib.

Əvəzedicilər Liqasının 27-ci turunda keçirilən “Turan Tovuz-2” – “Qarabağ-2” oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi Cavad Mirzəbəyli hakimin qərarına etiraz edib. Mütəxəssis birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyi üçün 5 oyun cəzalandırılıb, “Qarabağ-2” komandası isə 400 manat cərimə edilib.

“Neftçi-2” – “Səbail-2” oyununun 17-ci dəqiqəsində "ağ-qaralar"ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə klub 150 manat cərimə olunub.


SON XƏBƏRLƏR