Avropa Konfrans Liqasının qrup mərhələsində 2-ci turun statistik göstəriciləri açıqlanıb.
Bakıvaxtı.az qurumun saytına istinadən xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular sırasında yer alıb.
Kolumbiyalı futbolçu Kiprdə “Omoniya”ya 4:1 hesabı ilə qalib gəldikləri görüşdə 86 dəfə dəqiq ötürmə verib. O, bu göstəricidə “Tottenhem”in futbolçusu Kristian Romero ilə birlikdə 4-5-ci yerləri bölüşür.
“Kopenhagen”in oyunçusu Nikolay Boylesen ilk pillədə yer alıb. O, “Linkoln”ıa oyunda (3:1) 106 dəfə dəqiq ötürmə verib.



jpg-1636125093.webp)












