• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qazaxıstanda yeni neft yataqları kəşf edilib

İQTİSADİYYAT

31 Yanvar 2022 | 18:32 | Müəllif: Subhan Mahmudov

Qazaxıstanda yeni neft yataqları kəşf edilib

Qazaxıstanın Mangistau vilayətindəki Uzen yatağında aparılan əlavə kəşfiyyat işləri nəticəsində yeni neft yataqları aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, Qazaxıstanın dövlət neft-qaz şirkəti “KazMunayQaz”dan verilən məlumatda qeyd olunur ki, yeni aşkarlanan neft yataqları nəticəsində ölkədə neft ehtiyatlarının artımı 39,9 milyon ton təşkil edib.

Qeyd olunur ki, karbohidrogen ehtiyatlarının artması Qazaxıstanın dövlət neft-qaz şirkətinin iqtisadi göstəricilərinə əhəmiyyətli dərəcədə təsir edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026