• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Qeydiyyat nişanlarını gizlədən yük maşını sürücüləri saxlanıldı

HADİSƏ

08 Avqust 2022 | 11:36

Qeydiyyat nişanlarını gizlədən yük maşını sürücüləri saxlanıldı

Avtomobillərinin dövlət qeydiyyat nişanlarını gizlədən yük avtomobili sürücüləri saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, “KamAZ” markalı 11-BX-118 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qurbanov Səxavət Səfər oğlu və eyni markalı 11-BX 919 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qurbanlı Mirdamət Səfər oğlu İdarə etdikləri yük avtomobillərinin dövlət qeydiyyat nişanlarını gizlədərək yükdaşıma qaydasını pozduqlarına görə qurumun Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı sürücülərin qeyd olunan nəqliyyat vasitələrini idarə etmək hüquqlarının olmadığı da müəyyən edilib. Sürücülər barəsində müvafiq sənədləşmə aparılaraq qanunauyğun tədbirlər görülüb.


Qeydiyyat nişanlarını gizlədən yük maşını sürücüləri saxlanıldıQeydiyyat nişanlarını gizlədən yük maşını sürücüləri saxlanıldıQeydiyyat nişanlarını gizlədən yük maşını sürücüləri saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR