İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Həmas hərəkatına qarşı döyüşlər nəticəsində daha bir həbçinin öldüyünü bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 34 yaşlı mayor İtamar Levin Fridman Fələstinin şimalındakı quru əməliyyatı zamanı həyatını itirib.
Bildirilir ki, İsrail ordusunun indiyədək döyüşlərdə ölən hərbçilərinin sayı 783 nəfər təşkil edib.