• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Qızımın toyuna 500 min manat xərcləmişəm”

MƏDƏNİYYƏT

06 Fevral 2024 | 13:08

“Qızımın toyuna 500 min manat xərcləmişəm”

“Qızımın toyuna yarım milyona yaxın pul xərcləmişəm”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nüşabə Musayeva “Həmin Zaur” verilişində deyib.

Qızının toyundan danışan ifaçı övladına 100 min manatlıq qızıl aldığını etiraf edib:

“Toya 500 min manat pulum çıxdı. Elə 100 min üzüklərə verdim”.

Onun bu sözləri isə teleaparıcı Zaur Kamalın təəccübünə səbəb olub:

“Sən 500 mini necə yığmısan? Toyda yarım milyonluq nə etmisən ki?”

Sual qarşısında aciz qalan Nüşabə isə evlərini və maşınını banka qoyduğunu bildirib:

“Evlərimi, maşınımı banka qoymuşam. Qızıllarımı satmışam. Elə tək dekora 20 min pul vermişəm”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026