“Real” İspaniya Superkubokunun final oyununa daha bir itki ilə çıxacaq.
Bakıvaxtı.az xəbər verir ki, David Alaba “Atletik”lə görüşdə iştirak etməyəcək. Avstriyalı müdafiəçi zədə səbəbindən oyunu buraxacaq. Komanda ilə birlikdə Səudiyyə Ərəbistanına yollanan Alaba “Barselona” ilə yarımfinal matçında (3:2) eyni səbəbdən iştirak etməyib.
Qeyd edək ki, sabah keçiriləcək final oyununda koronavirusa yoluxan Dani Karvaxal da meydana çıxmayacaq.
"Real" finala daha bir itki ilə çıxacaq
İDMAN
15 Yanvar 2022 | 14:53 | Müəllif: Subhan Mahmudov

SON XƏBƏRLƏR
09:50
09 Noyabr 2026
21:13














