• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Roma Ukraynaya əsgər göndərməkdən imtina edib

DÜNYA

26 Noyabr 2024 | 10:55 | Müəllif: Gülşən Şərif

Roma Ukraynaya əsgər göndərməkdən imtina edib

"Roma Ukraynada döyüşmək üçün bir dənə də əsgər göndərməyəcək".

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani deyib.

O, açıqlamasında münaqişənin gərginləşməsinin qarşısını almaq lazım olduğunu bildirib.

"Kiyevə siyasi, maddi və humanitar yardım göndərməklə kömək edəcəyik, lakin döyüşə əsgər göndərməyəcəyik",- deyə Tajani vurğulayıb.

Qeyd edək ki, Roma bir müddət əvvəl bəyan etmişdi ki, İtaliya silahları Ukrayna ərazisindən kənarda istifadə edilə bilməz.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026