Rusiyalı biznesmen İqor Çurkinin oğlu Argentinada saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhqiqat Bürosu məlumat yayıb.
Bildirilib ki, Rusiya Federasiyasının sakini Ukraynada cinayət törətməkdə şübhəli bilinir.
Məlumata görə, Argentina polisi Dövlət İstintaq Bürosu tərəfindən toplanmış sübutlar əsasında rusiyalı iş adamının oğlunu saxlayıb. Saxlanılan şəxs dövlət bankı hesabına Ukraynadakı aktivlərini saxlamağa cəhd edib.
















