Futbol üzrə Avropa Çempionatında qrup mərhələsinin növbəti oyunu keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, günün son qarşılaşmasında B qrupunda yer alan Rusiya yığması çempionatın favoritlərndən hesab olunan Belçika millisi ilə üz-üzə gəlib.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş Rusiya üçün uğursuz olub. Belə ki, Belçika komandası Sankt-Peterburqda Rusiyanın qapısından üç cavabsız top keçirərək, turnirə böyük hesablı qələbə ilə başlayıb.
Qeyd edək ki, qrupun digər oyununda Danimarka Finlandiyaya 0:1 hesabı ilə məğlub olub.
















