• Bakı 27° C

    0.76 m/s

  • USD - 1.7

    EUR - 1.8479

    RUB - 0.0194

Rusiya ilk dəfə ETİRAF ETDİ: Ukrayna bu təyyarəni vurdu

DÜNYA

18 Iyun 2024 | 00:45

Rusiya ilk dəfə ETİRAF ETDİ: Ukrayna bu təyyarəni vurdu

Rusiya ilk dəfə Ukraynanın A-50 havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsini vurduğunu rəsmən etiraf edib.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin 138-ci zenit-raket briqadasının komandiri, polkovnik Nikolay Dzyamanı axtarışda olanlar siyahısına salıb.

Polkovnik "insan ölümü ilə nəticələnən terror aktı" törətməkdə ittiham edirlər.

Bildirilir ki, fevralın 23-də ukraynalı müdafiəçi tabeliyində olanlara Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsini məhv etmək əmri verib. Bildirilir ki, bu təyyarə döyüş əməliyyatları üçün nəzərdə tutulmayıb, silahı yoxdur və uçuş yalnız Rusiya hava məkanında həyata keçirilir.

Uçuş nəticəsində 10 ekipaj üzvü həlak olub, təyyarə məhv edilib./axar.az


SON XƏBƏRLƏR

14 Iyul 2024