Rusiya prezidenti Vladimir Putinin 24 fevral 2022-ci il tarixində "Ukraynada xüsusi hərbi əməliyyat" başlatdıqlarını açıqlaması ilə başlayan müharibə 1000-ci gününü tamamladı.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bu müharibə dünya siyasətinə böyük təsir göstərmiş, həmçinin humanitar fəlakətlərə və geniş miqyaslı iqtisadi dəyişikliklərə yol açıb.
Müharibə həm də dünya enerji bazarları, ticarət və təhlükəsizlik məsələlərində böyük təsirlərə səbəb olub.
Bu 1000 gündə müharibənin inkişafı, döyüşlərin müxtəlif cəbhələrdə necə dəyişdiyi və beynəlxalq münasibətlərin necə formalaşdığı hələ də çox sayda təhlil və müzakirəyə səbəb olur. Müharibə həmçinin humanitar böhranı dərinləşdirib, milyondan çox insanın evlərini tərk etməsinə səbəb olub.
Əli Hüseynov