• Bakı 31° C

    9.06 m/s

  • USD - 1.7

    EUR - 2.0016

    RUB - 2.1684

Pentaqon Çinin malik olduğu nüvə başlıqlı raketlərin sayını açıqladı

DÜNYA

19 Dekabr 2024 | 11:58

Pentaqon Çinin malik olduğu nüvə başlıqlı raketlərin sayını açıqladı

Çin 600-dən çox nüvə başlığına malikdir və 2030-cu ilə qədər onun arsenalı min ədədi keçəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pentaqonun illik hesabatında deyilir.

"Müdafiə Nazirliyinin qiymətləndirmələrinə görə, 2024-cü ilin ortalarına Çinin 600-dən çox aktiv nüvə başlığı olub. Pentaqon 2030-cu ilə qədər Çinin 1000-dən çox aktiv nüvə başlığına malik olacağını və ən azı 2035-ci ilə qədər öz qüvvələrini artırmağa davam edəcəyini proqnozlaşdırır", - hesabatda qeyd olunub.

Həmçinin bildirilib ki, Çin yeni qitələrarası ballistik raketlər hazırlayır.


SON XƏBƏRLƏR

24 Iyul 2025