• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada erməni biznesmen öldürülüb

DÜNYA

21 Noyabr 2021 | 13:45

Rusiyada erməni biznesmen öldürülüb

Rusiyada erməni biznesmen öldürülüb.

Bakıvaxtı.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, noyabrın 20-də Leninqrad vilayətində A-121 (Sortavala) magistralında maneəyə çırpılan “Mitsubishi Galant” minik avtomobilinin yük yerindən üzərində zorakılıq əlamətləri olan kişi meyiti düşüb.

Avtomobilin sürücüsü və iki sərnişin qəza yerindən qaçmaq istəsə də, polis onları saxlayıb. Avtomobilin yük yerindən düşən meyitin şəxsiyyəti müəyyənləşib və onun 50 yaşlı İrəvan sakini, biznesmen Arkadi Kazinyan olduğu müəyyənləşib.

Biznesmenin Peterburqun Kalinin rayonunda “Laquna” kooperativinin qarajında öldürüldüyü, meyitin isə basdırılmaq üçün meşəyə aparıldığı üzə çıxıb.
Qətlin səbəbi hələlik məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026