• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Malayziyada güclü daşqın: ölənlərin sayı artır

DÜNYA

21 Dekabr 2021 | 08:27 | Müəllif: Qalib İbrahimoğlu

Malayziyada güclü daşqın: ölənlərin sayı artır

Malayziyanın qərbində güclü daşqınlar nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, təqribən 67 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

Bakıvaxtı.az "Azərtac"-a istinadən xəbər verir ki, bu barədə dekabrın 21-də BERNAMA Milli İnformasiya Agentliyi məlumat yayıb.

Məlumata görə, ən çox ölənlər və dağıntılar Selanqor və Pahanq ştatlarında qeydə alınıb. Baş nazir İsmail Sabri Yakob daşqınlar nəticəsində zərər çəkmiş ştatlarda infrastrukturun və yaşayış fondunun bərpası üçün 100 milyon rinqit (23,6 milyon dollar) vəsait ayrılması barədə göstəriş verib. Baş nazir, həmçinin təbii fəlakətin zərər vurduğu hər bir ailəyə 1000 rinqit (236 dollar) kompensasiya ödənilməsini tapşırıb.

Yerli meteoroloqların bildirdiyinə görə, Malayziyanın qərb rayonlarında ötən həftə baş verən güclü yağışlar son dəfə 100 il bundan əvvəl qeydə alınıb.


Malayziyada güclü daşqın: ölənlərin sayı artır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR