• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyada taxıl ixracı azalıb

İQTİSADİYYAT

23 Sentyabr 2024 | 17:09 | Müəllif: Gülşən Şərif

Rusiyada taxıl ixracı azalıb

Sentyabrda Rusiyanın taxıl ixracı təxminən 20% azalıb.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, Rusiya Taxıl İttifaqının (RGU) açıqlamasında yer alıb.

RGU-nun analitik şöbəsinin rəhbəri Yelena Tyurina bildirib ki, sentyabrda tədarüklər illik müqayisədə 18,7% azalaraq 4,09 milyon tona düşüb. 

Bundan başqa, arpa ixracı 2,6 dəfə azalaraq 257 min tona düşüb. Buğda tədarükü 10,8% azalaraq 3,753 milyon tona, qarğıdalı tədarükü isə iki dəfə azalaraq 82 min tona düşüb.

"Misir Rusiya taxılının ən böyük idxalçısı olaraq qalır. 2024-cü ilin iyul-avqust ayları ərzində bu Afrikaya 1,244 milyon ton buğda idxal olunub. Rusiyanın taxıl ixracının coğrafiyası da daralıb. Bir il əvvəl 46 ölkə buğdamızı alırdısa, indi cəmi 30 ölkə alır", - deyə Tyurina qeyd edib .

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026