Rusiyada təyyarə ilə əlaqə itib.
Bakıvaxtı.az xəbər verir ki, sözügedən təyyarə meşə mühafizə xidmətinin "An-2" təyyarəsidir.
Göyərtəsində 3 nəfərin olduğu iddia edilən təyyarə meşə yanğınları ilə bağlı monitorinq aparan zaman hadisə baş verib.
İnsident səhər saat 08:00-da qeydə alınıb. Hazırda "AN-2" ilə əlaqə saxlamağa çalışırlar. Yakutiyadakı axtarışlara təyyarənin cəlb olunması gözlənilir. /Milli.az