• Bakı 24° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Rusiyadan Kiyevə kütləvi hücum: ölən və yaralananlar var - YENİLƏNİB

DÜNYA

23 Iyun 2025 | 11:21

Rusiyadan Kiyevə kütləvi hücum: ölən və yaralananlar var - YENİLƏNİB

Rusiyanın iyunun 23-də gecə Kiyevə raket və PUA zərbələri nəticəsində həlak olanların sayı altıya yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Baş Prokurorluğundan bildirilib ki, hücum nəticəsində 16 nəfər yaralanıb.

    Şevçenko rayonunda beşmərtəbəli yaşayış binasının bir girişi zərbələrdən çöküb.

    Dağıntılar altında qalanların olduğu ehtimal edilir.

    ***

    08:59

    “Bazar ertəsi səhər Rusiya pilotsuz təyyarələri Ukraynanın paytaxtı Kiyevə kütləvi hücum edib.

    Bakıvaxtı.az “Agence France-Presse”ə istinadən xəbər verir ki, hücum nəticəsində 5 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb. Kiyevin baş inzibati zabiti Timur Tkaçenko Telegram-da yazıb: "Paytaxta növbəti kütləvi hücum. Ola bilsin ki, düşmənin bir neçə pilotsuz təyyarə hücumu dalğası olsun”. Kiyev meri Vitali Kliçko da qeyd edib: “Hazırda Solomyanski rayonunda bir yaralı var".

    Xəbərdə qeyd edilib ki, atəşkəs danışıqları dalana dirəndiyi üçün Ukrayna şəhərləri hər gecə Rusiya zərbələrinin hədəfinə çevrilir. İyunun 16-dan 17-nə keçən gecə Kiyevdə Rusiyanın 440-dan çox pilotsuz təyyarə və 32 raketdən istifadə etdiyi hücum nəticəsində azı 28 nəfər ölüb, 130-dan çox insan yaralanıb.

    A.Baxış


    SON XƏBƏRLƏR

    22 Iyun 2025