• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyanın Donbasa böyük hücumu başlayıb - Ukrayna DİN

DÜNYA

11 Aprel 2022 | 12:04

Rusiyanın Donbasa böyük hücumu başlayıb - Ukrayna DİN

Rusiyanın Donbass regionuna böyük hücumu artıq başlayıb.

Bakıvaxtı.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko yerli telekanala açıqlamasında deyib.

“Mənim nöqteyi-nəzərimdən bu böyük hücum artıq başlayıb. Biz başa düşməliyik ki, bu, ilk aviazərbələrin və partlayışların başladığı 24 fevralın təkrarı olmayacaq. Böyük hücum de-fakto başlayıb”, - Vadim Denisonko vurğulayıb.

O, Luqansk və Donetsk regionlarına Rusiyanın hərbi qüvvə və vasitələr cəmləməyə davam etdiyini qeyd edib: “Bəli, orada hələ də ötən bir neçə gün ərzində haqqında müzakirələrin aparıldığı böyük döyüşlər yoxdur. Amma ümumilikdə biz hücumun artıq başladığını deyə bilərik”.

Denisenko gecə ərzində Ukraynanın Dnepropetrovsk regionunda partlayışların və Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovun top atəşinə tutulmasının davam etdiyini qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026