“Sabah Futbol Klubu” MMC məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, iddiaçı Abdullayev Elşən Mübariz oğlu Bakı Kommersiya Məhkəməsində “Sabah Futbol Klubu”na qarşı iddia qaldırıb.
Kommersiya mübahisəsi hakim Günay Namazovanın sədrliyilə araşdırılacaq.
İddia tapşırıq müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Bəs, iddiaçı “Sabah Futbol Klubu”nun keçmiş futbolçusu Elşən Abdullayevdir?
Yarımmüdafiəçi Elşən Abdullayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ad, soyad və ata adı eyni olsa da, o iddiaçı deyil.
“Sabah Futbol Klubu”nun mətbuat katibi Elnur Həmidov bildirib ki, qeyd olunan məsələ ilə bağlı kluba rəsmi bildiriş gəlməyib.
Ramid İbrahimov








jpg-1694673278.webp)




jpg-1694679685.webp)
jpg-1694679455.webp)

