• Bakı 26° C

    14.66 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Sabah öldürüləcək birinə yemək vermənin mənası yoxdur" - Borrel

DÜNYA

27 Noyabr 2023 | 23:56

Sabah öldürüləcək birinə yemək vermənin mənası yoxdur - Borrel

Aİ diplomatiyasının rəhbəri Josep Borrell "sabah öldürüləcək" insanlara humanitar yardım göstərməyi mənasız hesab edir.

Bakıvaxtı.az xəbər verir ki, siyasətçi Yaxın Şərq münaqişəsinin həlli üçün konkret addımlar atmağa çağırıb.

"Biz mülki əhalinin əzabını yüngülləşdirməliyik. Bunun üçün isə humanitar yardımın həcmini artırmalıyıq. Amma ertəsi gün öldürüləcək birinə yemək vermək mənasızdır", - Borrell mətbuat konfransında deyib.

Diplomatın sözlərinə görə, yeni ölüm hallarının qarşısını almaq üçün bombardmanları dayandırmaq lazımdır. O, həmçinin qeyd edib ki, hazırda humanitar yardım kifayət deyil.


SON XƏBƏRLƏR

26 Iyul 2024