• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sabahdan əlillik məsələləri üzrə əyani qəbul dayandılır

CƏMİYYƏT

31 Yanvar 2022 | 17:45

Sabahdan əlillik məsələləri üzrə əyani qəbul dayandılır

Fevralın 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əlilliyin qiymətləndirilməsi məsələləri üzrə vətəndaşların əyani qəbulu yalnız onlayn qaydada və ya “Whatsapp” ilə qeydiyyat əsasında aparılacaq.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, məqsəd COVİD-19 virusunun yayılmasının qarşısının alınması və əlilliyi olan şəxslərin bu infeksiyadan qorunması, habelə vətəndaşların Agentlikdə qəbul üçün daha rahat müraciət imkanlarına malik olmaları, qurumda əyani qəbul prosesinin operativ və sistemli təşkili, vətəndaş məmnunluğunun artırılmasıdır.

Agentlikdə əyani şəkildə qəbul edilmək istəyən vətəndaşlar www.dtsera.az linkinə daxil olaraq və ya (+994) 99 819 19 23 “WhatsApp” nömrəsinə fərdi məlumatlarını göndərərək növbəyə yazıla bilərlər. Onlara göndəriləcək cavab mətnində qəbul ediləcəkləri vaxt bildiriləcək.


Sabahdan əlillik məsələləri üzrə əyani qəbul dayandılır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026