• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Səfir: "Təəssüf ki, Gürcüstan Aİ-yə üzvlük danışıqlarını dondurub"

DÜNYA

29 Noyabr 2024 | 14:42

Səfir: Təəssüf ki, Gürcüstan Aİ-yə üzvlük danışıqlarını dondurub

"Tiflisin 2028-ci ilə qədər Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırmaq qərarı ağrılıdır".

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Gerçinski deyib. 

O, açıqlamasında noyabrın 27-də keçirilən etiraz aksiyası zamanı polisin nümayişçilərə qarşı zorakılığını pisləyib:

"Biz təəssüf edirik ki, dinc nümayişçilərə qarşı zorakılıq tətbiq edilib. Gürcüstanda baş verənlər gürcü əhalisinin böyük əksəriyyətinin iradəsinə ziddir".

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Aprel 2025