• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Şəhid ailə üzvlərinin orta pensiyası 1300 manatdan çoxdu - Sahil Babayev

CƏMİYYƏT

27 Noyabr 2023 | 16:47

Şəhid ailə üzvlərinin orta pensiyası 1300 manatdan çoxdu - Sahil Babayev

Son üç ildə şəhid ailələrinə, müharibə əlillərinə ödənişlər 3 dəfəyədək artırılıb

5 və daha çox övladı olan şəxslərə bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, qurumun ümumi siyasətində bu kateqoriyadan şəxslərə daim dəstək verilməsi planlaşdırılır: “Eyni zamanda prezident müavinətləri, digər istiqamətlər üzrə də artımlar həyata keçirilir. Postmüharibə dövrünü götürsək, şəhid ailələrinə, müharibə əlillərinə edilən ödənişlər son 3 ildə 3 dəfəyədək artırılıb. Bu gün şəhid ailə üzvlərinin orta pensiyası 1300 manatdan yuxarıdır. Müharibə əlillərinin aldığı pensiyanın, təqaüdün orta məbləği isə 750 manatdan yuxarıdır. Növbəti ildə isə bu orta məbləğ 800 manata çatacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026