• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Şəhriyar Məmmədyarov yarışı ikinci pillədə başa vurdu

İDMAN

30 Yanvar 2022 | 16:25

Şəhriyar Məmmədyarov yarışı ikinci pillədə başa vurdu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində sonuncu görüşünə çıxıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster XIII turda ABŞ-dan olan Fabiano Karuana ilə üz-üzə gəlib.

Ağ fiqurlarla oynayan Məmmədyarov 13-cü gedişdə heç-heçəyə razılaşıb. Bu nəticədən sonra xallarını 8-ə çatdıran Azərbaycan təmsilçisi yarışı ikinci pillədə başa vurub.

Məmmədyarov kimi 8 xal toplayan macarıstanlı şahmatçı Rixard Rapport üçüncü yeri tutub. 9,5 xala malik norveçli dünya çempionu Maqnus Karlsen isə çempion olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR