• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Sevdiyi qız gül dəstəsini almayınca görün nə etdi

HADİSƏ

09 Mart 2023 | 13:37

Sevdiyi qız gül dəstəsini almayınca görün nə etdi

Gəncədə sevdiyi qızdan rədd cavabı alan 22 yaşlı oğlan intihara cəhd edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ötən gün şəhər ərazisində qeydə alınıb.

Dünən axşam saatlarında 2001-ci il təvəllüdlü Şəmkir sakini E.Q. Gəncədə inşa edilən binalardan birinin 3-cü mərtəbəsinə çıxaraq özünü aşağı atmaq istəyib. Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb.

Polis şöbəsinə gətirilən E.Q.-dan intihara cəhdinin səbəbi soruşulub. O isə cavabında bildirib ki, 8 Mart bayramı münasibətilə sevdiyi qıza gül buketi alıb. Lakin qız buketi qəbul etmədiyi üçün bundan təsirlənərək özünü öldürmək istəyib.

Polis əməkdaşları tərəfindən gənc oğlanla profilaktik söhbətlər aparılıb. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026