Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ-yə dövlət səfərinin sentyabr ayında reallaşacağı gözlənilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Çin tərəfi səfərə hazırlıq işlərini davam etdirir və bununla bağlı Vaşinqtona nümayəndələr göndərir.
Qeyd edək ki, Prezident Donald Tramp mayın 13-15-də Çinə rəsmi səfəri zamanı Si Cinpini payızda Vaşinqtona dəvət edib və Çin tərəfi bu dəvəti qəbul etdiyini açıqlayıb./Azərtac
Bakı 



