• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sinif otağını su basan məktəb üçün yeni bina tikiləcək

CƏMİYYƏT

23 Yanvar 2024 | 19:29 | Müəllif: Subhan Mahmudov

Sinif otağını su basan məktəb üçün yeni bina tikiləcək

Xaçmaz rayonu, İstisu qəsəbə tam orta məktəbinin sinif otağına yağış sularının axması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə əlaqədar məktəb binasına baxış keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev sözügedən məktəb binasının mövcud vəziyyəti ilə tanış olublar.

Məlumat verilib ki, məktəbin mövcud binası 1939-cu ildə istifadəyə verilib və hazırda yararsız vəziyyətdədir. Bu səbəbdən də binada tədrisin təşkilində bir sıra çətinliklər yaranıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev bildirib ki, yaxın vaxtlarda İstisu qəsəbəsində yeni məktəb binası inşa olunacaq. Bu müddət ərzində şagirdlər öz təhsilllərini Xudat şəhər 4 saylı tam orta məktəbində davam etdirəcəklər. Şagirdlərin Xudat şəhərinə gedib gəlməsi üçün xüsusi nəqliyyat vasitələri ayrılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026