2024-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində (apteklərdə) 821.5 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. Satış 2023-cü ilin yanvar-avqust aylarına nisbətən 0.8% artıb.
Bu ilin 8 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2.2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının alınmasına sərf olunub. /valyuta.az