• Bakı 22° C

    13.09 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Neft Emalı Zavodundakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

HADİSƏ

05 Mart 2025 | 11:51

Neft Emalı Zavodundakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisindəki yanğın tam söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

***

11:35

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən məhdudlaşdırlıb.

Bakıvaxtı.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, bu barədə Zavodun işçiləri məlumat verib.

Bildirilib ki, yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür.

Hadisə nəticəsində təcili tibbi yardım briqadaları cəlb edilib.

Xəsarət alan şəxslərin olub-olmaması ilə bağlı məlumat yoxdur.

Əli Hüseynov

***

11:05

Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri əraziyə yollanıb.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

***

10:31

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
 
 DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, polis əməkdaşları ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.

***

10:05

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

Bakıvaxtı.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 


SON XƏBƏRLƏR

23 Iyun 2025