• Bakı 23° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Qəza səbəbindən bağlanan yol açıldı

HADİSƏ

03 Aprel 2025 | 21:14 | Müəllif: Subhan Mahmudov

Qəza səbəbindən bağlanan yol açıldı

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda qəzaya uğrayan yük avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırılıb, yolda hərəkət bərpa olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu gün səhər saatlarında yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı Bakı şəhər sakini Rəhimov Elşad Hökmulla oğlunun idarə etdiyi 99-ZD-308 dövlət qeydiyyat nişanlı yük maşını yolun hərəkət hissəsinə aşıb.

Qəza zamanı heç kim xəsarət almasa da avtomobilə və yol təsərrüfatına ciddi ziyan dəyib. Qəzaya uğrayan yük avtomobili yolun hərəkət hissəni bağladığından təhlükəsizlik tədbirləri ilə əlaqədar Bakı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Sürücülər axşam saatlarınadək alternativ olaraq Siyəzən şəhərindən keçən yoldan istifadə ediblər.

Hadisə yerinə Dövlət Yol Polisi və digər müvafiq qurumların əməkdaşları cəlb olunublar.

Qəzanın fəsadları aradan qaldırıldıqdan sonra yolda avtomobillərin hərəkəti bərpa olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026